İslam və xrisianlıq

İncildə tanıdılan "Allahın peyğəmbəri Hz. İsa"

image

Xristianlıq müxtəlif məzhəblərə, bu məzhəblər də öz aralarında müxtəlif qollara ayrılır. İncili fərqli şəkillərdə izah edən, müxtəlif tətbiq metodlarına malik olan cürbəcür dini cərəyanlar, kilsələr mövcuddur. Ancaq bu fərqli qolların əksəriyyətinin yekdilliklə qəbul etdiyi iman əsası "üçləmə"dir.

Hz.İsanın Allaha dua etməsi

image

Üçləmə inancını təkzib edən başqa bir dəlil isə bu mübarək insanın Rəbbimizə olan səmimi dualarıdır. Dua edən insan Allahın varlığını və birliyini, Onun qarşısındakı acizliyini, ona yeganə kömək edənin Allah olduğunu və Ondan başqa ibadət ediləcək heç bir gücün olmadığını qəbul etmiş adam mənasına gəlir. Dua Allaha olan dərin təslimiyyətin, insanın öz şəxsi acizliyinin fərqində olmasının ən gözəl ifadə formalarından biridir. Rəbbimiz bütün qüsurlu sifətlərdən uzaq olandır və sonsuz qüdrət sahibidir.

Hz. İsanın dəvətinə tabe olan səmimi xristianlar: Nəsranilər

image

Hz.İsa özündən sonra sadiq möminlər icması qoyub getdi. Əhdi-Cədidə görə, Hz.İsanın seçdiyi on iki həvari, Hz.İsanın ailəsi və Hz.İsaya iman gətirən digər yəhudilərdən ibarət olan bu icma başqaları tərəfindən "nəsranilər" (nazareans) adlandırılıb. Bu ifadənin İncildə Hz.İsa barədə işlədilən "Nasıralı İsa" sözündən törədiyi yaxud da bu ifadə ilə eyni mənbədən gəldiyi qəbul edilir.

İncil müəllifləri Hz. İsanın həyatına şahid olmayıb

image

Xristian dini haqqında kifayət qədər məlumatı olmayan adamlar İncil mətnlərinin Hz.İsa ilə eyni dövrdə yazıldığını və tamamilə Hz.İsanın sözlərinə əsaslandığını zənn edirlər. Halbuki bu, düz deyil. İncil Hz.İsadan çox-çox sonralar yazılı mətn halına gətirilib. "Mark İncili"nin eramızın 70-ci, "Matta İncili"nin 80-ci, "Luka İncili"nin 90-cı ilində, "Yəhya İncili"nin isə 90-100-cü illər arasında yazıldığı güman edilir. Başqa İncil mətnləri də eyni dövrlərdə yazılıb.