İslam və xrisianlıq

Üçləmə inancı Quran tərəfindən rədd edilir

image

İncil bütövlükdə araşdırılanda Allahın sonsuz güc və qüdrətinin orada tez-tez qeyd edildiyini, Hz.İsanın bəşəri xüsusiyyətlərə malik olan mübarək bir elçi kimi tərif edildiyini görmək olar. Üçləmə etiqadını dəstəklədiyi iddia edilən bir neçə ifadənin isə İncilin bütün mətni ilə çox aydın şəkildə ziddiyyət təşkil etdiyi aydın olur. Kitabın sonrakı fəsillərində müfəssəl şəkildə araşdıracağımız bütün bu dəlillər üçləmə etiqadının Hz.İsanın Allah dərgahına yüksəldilməsindən çox-çox sonralar ortaya çıxdığını bütün aydınlığı ilə göstərir.

Üçləmə etiqadı Hz. İsadan əsrlərlə sonra ortaya çıxıb

image

Xristianlar Əhdi-Cədidə, yəni İncilə inandıqları kimi Əhdi-Ətiqə də iman gətirirlər. Yəni xristianların müqəddəs kitabı özündə həm Əhdi-Ətiqi, həm də Əhdi-Cədidi ehtiva edən Kitabi-Müqəddəsdir (Müqəddəs Kitab). Qeyd etdiyimiz kimi, bu kitablar təhrif edilib. Bununla birlikdə xristianlığın əsaslarını, bir xristianın həyatı boyunca tabe olmalı olduğu əmr və qadağaları, göstərməli olduğu gözəl əxlaqi xüsusiyyətləri Kitabi-Müqəddəsdə tapmaq mümkündür. Ancaq üçləmə etiqadını, bu və buna oxşar bir kəlməni İncildə tapmaq mümkün deyil.

İncildəki həqiqi xristianlıq

image

İncildə üçləmə (təslis) etiqadına əsaslanmayan, əksinə, Allaha bir və tək olaraq iman gətirməyi əsas götürən tövhid inamını müdafiə edən çoxlu açıqlamalar var. Həmçinin üçləmə inamını qəbul etməyən qruplar da tarix boyunca bu məsələyə diqqəti cəlb edərək üçləməni müdafiə edənlərin dəlilsiz olduqlarını ifadə ediblər.

Əhdi-Ətiqdə tövhid etiqadı

image

Hz.İsanın Allah dərgahına yüksəldilməsindən 30-40 il sonra ortaya çıxan batil "Allahın oğlu" ifadəsi zaman ötdükcə insanlar arasında geniş yayıldı. Ancaq bu məfhumun nəyi ifadə etməsi uzun müddət qeyri-müəyyən olaraq qaldı. Bəziləri bu ifadəni Hz.İsanın sadəcə Allah dərgahındakı mötəbər yerini ifadə edən məcazi ifadə kimi izah etdilər və Allahın birliyinə inanmağa çağırdılar. Digərləri isə bu ifadəyə əsaslanaraq Hz.İsanı "tanrılaşdırdılar" və onu özlərinə "Oğul Tanrı" saydılar.