İslam və xrisianlıq

İncil müəllifləri Hz. İsanın həyatına şahid olmayıb

image

Xristian dini haqqında kifayət qədər məlumatı olmayan adamlar İncil mətnlərinin Hz.İsa ilə eyni dövrdə yazıldığını və tamamilə Hz.İsanın sözlərinə əsaslandığını zənn edirlər. Halbuki bu, düz deyil. İncil Hz.İsadan çox-çox sonralar yazılı mətn halına gətirilib. "Mark İncili"nin eramızın 70-ci, "Matta İncili"nin 80-ci, "Luka İncili"nin 90-cı ilində, "Yəhya İncili"nin isə 90-100-cü illər arasında yazıldığı güman edilir. Başqa İncil mətnləri də eyni dövrlərdə yazılıb. Həmin dövrdə mövcud olan çoxlu İncillərin əsasında müştərək bir kitabın ərsəyə gətirilməsi isə İznik məclisi zamanı baş verib.

Hz.İsanın həyatı haqqında müraciət edə biləcəyimiz əsas xristian mənbələri bu mübarək insanın Allahın dərgahına yüksəldilməsindən təxminən 30-35 il sonra yazılmağa başlanan və Əhdi-Cədidin ilk dörd kitabını təşkil edən 4 İncil və digər Əhdi-Cədid mətnləridir.
Tarixi mənbələrdən və İncildəki ifadələrdən də aydın olduğu kimi, ilk xristianlar Hz.İsanın Allahın dərgahına yüksəldilməsindən sonra Hz.İsanın sözlərini və əməllərini şifahi şəkildə başqalarına çatdırmağa çalışıblar. Tədqiqatçıların fikrincə, ilk xristianların içində olduqları şərtlərə görə Hz.İsanın sözlərinə yeni mənalar əlavə etməsi, Hz.İsanı qəbul etməyən yəhudi din adamları və romalılarla mübahisə edərkən şifahi şəkildə çatdırılan məlumatları müxtəlif dəyişikliklərlə söyləməsi ehtimal olunur. Buna görə də ilk xristianlar Məsih inamını saxlamaq, Hz.İsaya olan imanı gücləndirmək, xristianlığı sürətlə yaymaq və təzyiqlərin xalqda yaratdığı ümidsizliyi aradan qaldırmaq istəyirdilər. Buna görə də Hz.İsanın sözlərini və əməllərini izah edərək yeni bir şövq və həyəcan mənbəyi yaratmağı qarşılarına məqsəd qoyurdular. Halbuki bunu yalnız Allahın sözlərini və Hz.İsanın hikmətli təbliğini insanlara çatdıraraq edə bilərdilər. Ancaq bu, belə olmayıb, Allahın vəhyi sonradan dəyişdirilib və Hz.İsanın sözləri çox yanlış şəkillərdə təfsir edilərək əslindən uzaqlaşdırılıb. Bu mərhələdə Hz.İsaya göstərilən hörmətin səhv izah edilməsi və nəticədə onu tanrılaşdırmaq (bundan Allaha sığınırıq) kimi yanlışlığa səbəb olması mümkündür. Bu fikir hazırda Qərb tədqiqatçıları tərəfindən də bütövlükdə qəbul edilir.17 Vaxt ötür, həvarilər də bir-bir dünyalarını dəyişirdilər. Bəzi xristianlar Hz.İsanın təbliğinin yox olmasının qarşısını almaq üçün Hz.İsanın sözlərini və etdiklərini yaddaşlarında qaldığı qədərincə bir-birinə əlavə edərək İncil mətnlərini birləşdirməyə cəhd etmiş ola bilərlər.

Rudolf Bultman XX əsrin tanınmış Əhdi-Cədid mütəxəssislərindən biridir. Bultman əsərlərində İncillərin yazılması ilə bağlı müxtəlif fikirlər söyləyir. Bultmann "Sinoptik İncillərin (Matta, Mark və Luka İncillərinin) Hz.İsanın həyatının bir-birini davam etdirən rəvayətlərini ortaya qoymaq üçün İncil müəllifləri tərəfindən bir-birinə əlavə edilərək sistemsiz şəkildə bir yerə yığılmaqla meydana gətirildiyini" bildirir. Ancaq Bultmana görə, "fərqli cəmiyyətlərdə həmin cəmiyyətləri təşkil edən fərdlərin ehtiyaclarına görə təkrarlanan bu sözlər müxtəlif formalara gəldiklərindən bir cəmiyyətdən başqa cəmiyyətə, hətta bir cəmiyyətin öz arasında da bir-birindən fərqli olduğunu göstərirdi""Hz.İsanın sözləri və hərəkətləri insanlar tərəfindən fərqli məqsədlər üçün istifadə edildiklərinə görə müxtəlif şəkillər qazanmışdı". Məsələn, ilkin dövrlərdə bəzən insanlara edilən vəəzdə və ya nəsihət etmək üçün, bəzən də cəmiyyətdə fərdlərin tabe olmaları lazım gələn əxlaq qaydaları kimi işlədilib. Bultman şifahi ənənənin bir nəticəsi kimi Hz.İsanın sözlərinin və hərəkətlərinin ilk xristianlar tərəfindən qismən dəyişdirildiyini bu cür ifadə edir.

Bundan başqa, İncil mətnlərində şəxsən ilk xristianlar tərəfindən ortaya atılmış və Hz.İsanın adına çıxılan sözlərin də olduğunu iddia edir, Hz.İsanın özünü "Allahın oğlu" adlandırdığını düşünmür. Ona görə bu sifət Hz.İsadan sonra "tanrıların oğulları kimi təqdim edilən ilahi şəxslər, sirr dinlərində ibadət edilən oğul tanrılar və qnostik mifologiyada mövcud olan xilaskar fiqur" motivlərindən təsirlənərək təkmilləşdirilib və böyük bir səhv olaraq Hz.İsanın adına qoşulub.

Dolayısı ilə bu gün Qərbdəki tədqiqatçıların böyük bir hissəsi tərəfindən qəbul edilən həqiqət İncillərin Hz.İsanın sözlərinin qüsursuz bir şəkildə bir yerə yığılması ilə meydana gələn bir kitab olmasıdır. Onların qənaətincə, İncillər Hz.İsadan sonra onun sözlərinin, etdiklərinin onun özündən sonra ortaya çıxan şərtlər daxilində bir yerə gətirilməsi ilə araya-ərsəyə gələn mətnlərdir.

 

İncillərin müəllifləri
İncillər hazırda Mark, Matta, Luka və Yəhya kimi müəlliflərin adları ilə tanınsa da onlar adsız şəkildə yazılıblar. Bu müəlliflərin həqiqətən İncilləri yazıb-yazmadığı bilinmir. İncillər ancaq II əsrin ikinci yarısından sonra bugünkü adları ilə çağırılmağa və tanınmağa başlanıb. Matta və Yəhya Hz.İsanın həqiqi həvarisi kimi qəbul edildiyi halda Mark Pavelin ardıcılı, Luka da Pavelin tələbələrindən biri hesab olunur. Yəni İncilin müəllifləri həqiqətən də həyatda yaşamış şəxslərdir, ancaq İncilləri onların yazıb-yazmaması ilə bağlı əlimizdə heç bir dəlil yoxdur. Tanınmış Müqəddəs Kitab tədqiqatçılarından olan E.P.Sanders "The Historical Figure of Yesus" ("İsanın tarixi şəxsiyyəti") adlı kitabında İncillərin yazılması məsələsini bu cür açıqlayır:

"Mövcud sübutlar göstərir ki, İncillər ikinci əsrin ikinci yarısına kimi adsız qalıblar... Malik olduğumuz İncillər ikinci əsrin ilk yarısında zikr edildi. Lakin həmişə anonim kimi... Təxminən 180-ci ildə qəfildən adlar müəyyənləşdi. Bu vaxt çoxlu sayda İncil mövcud idi. Bizim malik olduğumuz kimi dörd dənə İncil deyildi və xristianlar hansının əsas olduğunu müəyyənləşdirmək məcburiyyətində idilər. Bu, çox vacib bir məsələ idi. Çox fərqli fikir ayrılıqları vardı. Kimin qazandığını isə bilirik: bu dörd İncilin - nə az, nə çox - Hz.İsanın mötəbər qeydləri olduğunu düşünən xristianlar qazanıblar".

Sanders başqa bir məqaləsində "adsız" kimi yazılan İncillərin adlandırılma mərhələsini belə qeyd edir:
"II əsrin ortalarında saysız İncil nüsxəsi var idi. Xristian dininin səlahiyyətli şəxsləri bunlardan hansılarının səhih olması məsələsində bir qərar vermək üçün onları adlandırmağa başlayıblar. Beləliklə, günümüzdə kilsə tərəfindən səhih qəbul edilən dörd İncilə Mark, Matta, Luka və Yəhya adları verilib".
"From Yesus to Christ, The Origins of the New Testament, Images of Yesus" ("İsadan Məsihə, Əhdi-Cədidin mənbələri, İsanın imicləri") adlı kitabın müəllifi Paula Fredriksen bu məsələni belə xülasə edir:

"Hz.İsanın hazırda yunan dilində olan bəzi sözləri toplanmış və hazırda itkin olan bir sənəd halına gətirilmişdi. Bu sənədə dövrümüzün tədqiqatçıları Q adını verirlər. Şifahi ənənələr isə - möcüzələr, məsəllər, əfsanələr və s. - müxtəlif xristian cəmiyyətləri tərəfindən bir yerə toplanıb, əlavələr edilərək böyüyüb və əldən-ələ gəzib. Bunlardan bir qismi adsız yəhudi olmayan xristianlar tərəfindən 70-ci illərdə yazıya köçürüldü. Bu adamlar yazıçı deyildilər və meydana bir əsər gətirmədilər. Ancaq danışılan hekayələri yazdılar. Bunun nəticəsində də Mark İncili araya-ərsəyə gəldi".

Fredriksenin diqqət yönəltdiyi başqa bir məsələ isə İncillərdə istifadə edilən dil məsələsi idi. Fredriksen bunları söyləyir:
"Hz.İsa arami dilində danışırdı və təbliğini də arami dilində danışan yəhudilərə, fələstinlilərə və köçərilərə edirdi. Ancaq İncillərin yayılmasında rol oynayan adamların dilləri yunan dili idi. Hz.İsanın şifahi təbliği və bütün etdikləri yunan dilinə yenə şifahi şəkildə tərcümə edilirdi. Bu tərcümələrin səhih və etibarlı olmasına əmin olmaq isə mümkün deyildi. Şifahi mənbələrlə bağlı aparılan psixoloYi və antropoloYi tədqiqatlar bu mənbələrin tarixi baxımdan etibarlı olmaqdan çox uzaq olduğunu ortaya qoyur. Başqasına çatdırılma zamanı səhvin olmaması mümkün deyil. Çünki öyrənən də, ötürən də insandır. Əgər bu məlumatlar yazılmamışdan əvvəl bir çox adamlar tərəfindən ağızdan-ağıza ötürülərək yazan adama gəlib çatıbsa, hər həlqədə fərqli əlavələr, düzəlişlər və dəyişikliklər də olub. Nəticə etibarilə Hz.İsa ilə bağlı şifahi şəkildə ötürülən məlumatlar bizə İncildə həqiqətən söylənənlər və həmin dövrdə həqiqətən baş verənlər haqqında bir məlumat verir. Amma eyni zamanda bu da ötürmə zamanı dəyişikliklərin ola biləcəyini qəbul etməyimizi zəruri edir".

Başqa bir Kitabi-Müqəddəs tədqiqatçısı Yohn Dominic Crossan (Con Dominik Krossan) "The Birth of Christianity, Discovering what happened in the years immediately after the execution of Yesus" ("Xristianlığın ortaya çıxması, Hz.İsanın ifasından dərhal sonrakı illərdə olanları kəşf etmək") adlı çox əhəmiyyətli çalışmasında İncil müəllifləri haqqında bunları bildirir:

"İncillərdən Hz.İsa haqqında həqiqi məlumatın mənbəyi kimi necə istifadə edə bilərik? İncillərdəki hər bir söz həmin müəlliflərin səsləridir. Onların arxasında da Hz.İsa haqqında danışan cəmiyyətdən adları bilinməyən adamlar var. Bu səslərin içində də Hz.İsanın sözlərindən və davranışlarından izlər mövcuddur. Hz.İsa haqqında doğru məlumatları toplamaq üçün iki çətin mərhələni keçmək lazımdır. Bunlardan birinci onlardan hansılarının Hz.İsaya məxsus olduğunu tapmaqdır. İkinci addım isə bu məlumatları I əsrdəki yəhudi dünyasının tarixi quruluşu içinə yerləşdirməkdir".

Hz.İsanın izah etdiklərinin şifahi şəkli artıq tamamilə yox olub. Deyilən cümlələr öz quruluşu etibarilə müvəqqətidir və çox qısa müddət yaşayır. Onlar yalnız qulaq asanların yaddaşında yaşayır və tam şəkildə yada düşməsi yalnız hafizəyə bağlıdır... Yazılı ənənələr də dəyişikliyə məruz qalır və inkişaf edir. Bu, bizi İncilləri həqiqətən də surəti çıxarılmış, üzü köçürülmüş şifahi bir şərh kimi qəbul etməkdən çəkindirir: ənənə mətn halında yazılarkən təhrif edilmiş ola bilər. Həmçinin bu təhriflər təkcə Sinoptik müəllifləri ilə də bitmir...

Nə İncil müəllifləri, nə də Əhdi-Cədidin başqa hissələrini yazanlar təsvir etdikləri hadisələrin şəxsən şahidləri deyillər. İncil müəllifləri Hz.İsadan sonra bir neçə onillik boyunca nəsildən-nəslə ötürülən şifahi və yazılı ənənəni bir mətn halına gətirən insanlardır. Bu məqsədlə əsrlərdir ki, bu mətnlərin üzərində tədqiqatlar aparan müxtəlif mütəxəssislər İncil mətnlərinin hazırkı şəkil almasında həddən artıq müxtəlif səbəblərin rol oynadığına diqqət yetirmişlər. Bu təsir bir məqalədə belə izah edilir:

"Hz.İsanın ilk əldən oriYinal xatirələri (1) xristianların öz dini rəhbərlərini ucaltmaq üçün onu cahanşümul xüsusiyyətli dindar bir şəxsiyyət halına gətirmək səyləri ilə; (2) qələmə alındıqları dövrün bütpərəst tanrı motivləri ilə; (3) gentile (yəhudi olmayan) əsilli xristianların meydana gətirdiyi ilk kilsənin ayrıldığı mərkəzi yəhudiliyə qarşı çıxması ilə; (4) şəxsən xristian icmasının fərqli cərəyanları içində ixtilafa səbəb olan diskussiyalarla; (5) və Hz.İsanın həyatında cərəyan edən hadisələrin Əhdi-Ətiq peyğəmbərlərinin verdikləri sözlərin yerinə yetirilməsi və beləliklə də onun Əhdi-Ətiq peyğəmbərliyinin tamamlayıcısı kimi təqdim edilməsi ilə müxtəlif şəkillərdə mühafizə edilib, təmizlənib, inkişaf etdirilib, ucaldılıb və qismən də məhv edilib... Bundan başqa, İncillər həm yəhudilərin təzyiqlərinə, həm də Roma imperiyasının zülmlərinə qarşı məhv olmamaq mübarizəsi aparan ilk kilsə tərəfindən yazıldığı üçün və düşdükləri vəziyyətə görə içindəkilər şəxsən Hz.İsanın özü və etdikləri olmayıb; ilk kilsənin müxalifləri ilə mübarizəsinə uyğun olaraq Hz.İsanın sözlərinin və əməllərinin izahıdır. İncillərin təqdim etdiyi məlumatların Hz.İsanın tərcümeyi-halını yazmaq üçün kifayət etmədiyi görünür. Buna görədir ki, Hz.İsanın mövqe və statusunu araşdırarkən dörd İncilin izah edilməsində, imanları, fikirləri, qənaətləri, əvvəlcədən qəbul edilmiş mənfi fikirləri və mübahisələri, öz əksini həm İncillərdə, həm də Əhdi-Cədidin başqa kitablarında tapan ilk xristian cəmiyyətlərin mövcud həyatlarını nəzərə almaq məcburiyyətindəyik... Yenə Hz.İsanın mövqeyini araşdırarkən bunu da yaddan çıxarmamalıyıq ki, əsas təməl olan İncillər Hz.İsadan 40-60 il sonra, onun həyatında cərəyan edən əsl hadisələrdən olduqca fərqli bir şəraitdə, yenə onun ana dili olan arami dilində deyil, yunan dilində yazılıb... Qısası, İncillər Hz.İsanın dediklərinə və etdiklərinə şəxsən şahid olan Hz.İsanın öz həvariləri tərəfindən deyil, daha sonrakı dövrdə xristian olan insanlar tərəfindən, zaman etibarilə ortaya çıxan yeni vəziyyətlərə uyğun olaraq bir yerə toplanan kitablardır. Yəni İncillər Hz.İsanın sözləri və əməlləri ilə bağlı ağızdan eşidilən ilk rəvayətlərə deyil, ikinci, hətta üçüncü şəxslərdən eşidilənlərə əsaslanır.

Yazıda qeyd edilən bu tarixi həqiqətlər çox əhəmiyyətlidir. İncil mətnlərini müqayisə edərək araşdıran bitərəf tədqiqatçılar da eyni nüansa diqqəti cəlb edirlər: dörd İncil bir-birindən olduqca fərqlidir.

 

Dörd İncil arasındakı fərqlər
Matta, Mark, Luka və Yəhya ardıcıllığı ilə qeyd edilən dörd İncil müştərək şəkildə qəbul olunmuş fikrə görə, 65-100-cü illər arasında yazılıb. Hətta bəzi tədqiqatçılar 75-115-ci illər kimi başqa tarixləri də qeyd edirlər. Bunun mənası isə bu kitabların ən tezinin Hz.İsanın Allahın dərgahına yüksədilməsindən təxminən 30 il sonra yazılmasıdır.

Yuxarıda da qeyd etdiyimiz kimi, tədqiqatçılar bu qədər gec bir tarixdə yazılan kitabların Hz.İsanın həyatını və apardığı təbliğatı tam əks etdirə biləcəyinə inanmırlar. Onların üzərində dayandığı cəhət isə İncili yazan insanların Hz.İsanı olduğu kimi deyil, öz beyinlərində təsəvvür etdikləri kimi təsvir etmiş olması ehtimalıdır.

Dörd İncilin ilk üçü, yəni Matta, Mark və Luka bir-birinə çox oxşayır və böyük ölçüdə paraleldirlər. Buna görə də onlar xristian ənənəsində "Sinoptik İncillər" kimi tanınırlar (sinoptik "eyni gözdən" deməkdir və üç İncilin ortaq baxış bucağını ifadə edir). Bunların arasında tarix baxımından ən tez yazılanı Əhdi-Cədiddə ikinci yerə qoyulmasına baxmayaraq Markın İncilidir. Matta və Lukanın öz İncillərini yazarkən Markdan bir mənbə kimi istifadə etmələri, ancaq onların bu mətnə bəzi əlavələrinin olduğu qəbul edilir.
Dördüncü İncil olan Yəhya İncili isə sinoptiklərdən çox kəskin şəkildə fərqlənir. Yəhya İncilində bəhs edilən bəzi hadisələr sinoptiklərdə yoxdur və ya əksinə. Daha sonra, Yəhyanın qeyd etdiyi bir hadisə sinoptiklərdə tamamilə fərqli tərzdə təqdim olunur. Hətta sinoptik İncillərinin öz aralarında da ziddiyyətlər var.

Əhdi-Cədidin araşdırmaçıları dörd İncilin bir-birindən fərqli mövzuların üzərində dayanmalarına, yazan adamların üslublarının mətnlərdə inikas etməsinə və dörd İncilin özündə çox sayda tarixi ziddiyyətləri daşımasına işarə edərək İncillərdəki hər fəslin həqiqətən də Hz.İsanın sözü kimi qəbul edilməsinin mümkün olmadığını vurğulayırlar. Bu iddiaya görə, Matta, Mark, Luka və Yəhya tərəfindən qələmə alınan 4 fərqli İncil müxtəlif məqsədlər üçün yazılmışdır. Xristian tədqiqatçılar İncil mətnlərini onların üslublarına uyğun olaraq bu şəkildə təqdim edirlər:

Matta yəhudilərə uyğun yazılıb və buna görə də Hz.İsadan "İbrahim və Davud oğlu kral Məsih" şəklində bəhs edir.
Markın İncili yunanlara uyğun yazılıb və buna görə də ümumiyyətlə güc, iqtidar və xidmət məsələləri üzərində dayanır. Burada Hz.İsadan "Böyük işlər görən Tanrının qulu" şəklində bəhs edilir.

Luka bunlardan kənarda qalanlara şamil edilərək yazılıb. Buna görə də Hz.İsanın üstün əxlaqı və insani cəhətləri üzərində dayanılıb. Burada Hz.İsadan "İnsanların dostu olan Adəmin oğlu" kimi söhbət açılır.

Yəhya İncili digər üç kitabdan sonra yazılıb. Bu kitab o dövrdə ortaya çıxan etirazlara və suallara cavab vermək məqsədilə qələmə alınıb. Buna görə də Hz.İsanın möcüzəvi yönlərini əsas götürüb. "Allahın oğlu" (bundan Allaha sığınırıq) şəklindəki ifadələr daha çox bu kitabda mövcuddur. Burada Hz.İsadan "Göylərdən gələn" şəklində bəhs edilir.

Tarixi baxımdan İncillərin ən tez yazılanı olan Mark İncili, ən gec yazılanı isə Yəhyanın İncilidir və onların arasında böyük fərqlər var. Əgər Markın və Yəhyanın şərhləri tarixi bir qeyd kimi qəbul edilərsə, bu fərqlər asanlıqla açıqlana bilər. Çünki ortada eyni hadisənin iki fərqli insan tərəfindən qələmə alınan iki fərqli təsviri var. Bu təsvirlərin biri hadisədən 40-45 il, digəri isə təxminən 60-65 il sonra yazılıb.

İncillər arasındakı fərqlər qarşısında bəzi xristianlar "xırda fərqlərə baxmayaraq nəticədə eyni hadisədən bəhs edilir" kimi açıqlamalar verir. Ancaq əhəmiyyətli olan da elə bu fərqlərdir. Çünki bu fərqlər Əhdi-Cədidin müəlliflərinin yazdıqları mətnləri normal, insani yollarla qələmə aldıqlarını ortaya qoyur: Hz.İsa haqqında bəzi şifahi söhbətləri eşidib, sonra da öz mədəniyyətlərinin, etiqadlarının, məlumatlarının yaxud da əvvəlcədən qəbul edilmiş fikirlərinin təsiri ilə İncilləri yazıblar. Dolayısı ilə bu mətnlər "insani"dirlər, "ilahi" deyillər. Buna görə də bunları "içində haqlı məqamların olması ehtimal olunan tarixi mənbələr" kimi qəbul etmək lazımdır.

Xristian inancına görə, İncil mətnləri fərqli insanlar tərəfindən qələmə alınıb, amma bu adamlar "Tanrının ilhamı" ilə yazmışlar. Buna görə də Əhdi-Cədiddə mövcud olan mətnlərin hamısının hər bir sətrinin doğru olduğu qəbul edilir. Ancaq İncillər arasındakı ziddiyyətlər bunun mümkün olmadığını göstərir və bu kitabların tamamilə vəhyə əsaslanması fikrini rədd edir. Eyni bir hadisədən fərqli şəkillərdə bəhs edilməsi isə bu şərhlərin insan yaddaşının, insan zehninin, əvvəlcədən beyinə həkk olunmuş fikir və təsəvvürlərin məhsulu olduğunu göstərir.

Xristian mənbələrinə nəzər yetirəndə Əhdi-Cədidin dörd İncilindəki bu fərqli izahların "bir-birini tamamlayan fəsillər" kimi təqdim edilməsinə çalışıldığını görürük. Bu məntiqə görə, hər İncil "Hz.İsanın fərqli bir tərəfinin" görülməsini təmin edir. Halbuki bu, səhvdir. Ortada dörd fərqli mətn və dörd fərqli izah var, çünki bu mətnləri yazan adamların Hz.İsa haqqındakı düşüncə və fikirləri də fərqlidir. Dövrümüzün Müqəddəs Kitab tədqiqatçılarına görə, həmin adamlar Hz.İsa haqqındakı əsl məlumatlardan, hətta Hz.İsaya verilən həqiqi İncildən bir mənbə kimi yararlanmış, ancaq bu vəhyi öz inamlarına görə izah etmiş, yenidən formalaşdırmış, yaxud da əlavələrlə genişləndirmişlər. Bu tədqiqatçıların arasında mühüm bir yerə sahib olan Yohn Dominic Crossan (Con Dominik Krossan) Richard G.Watts (Riçard Uotts) ilə birlikdə yazdığı "Who is Yesus? Answers to Your Questions About the Historical Yesus" ("Hz.İsa kimdir? Tarixi İsa haqqındakı suallarınıza cavablar") adlı əsərində İncil mətnləri arasındakı fərqlər haqqında bunları qeyd edir:
"Əslində problemin əsasında dörd İncilə malik olmağımız dayanır. Çünki bir neçə fərqli versiya içindəki müəyyən məsələləri və ya aforizmləri yaxud hekayələri oxuyanda onların arasındakı uyğunsuzluqları nəzərdən qaçıra bilmərik. İlk baxışda bunu demək məsələsində ağlımız çaşır: "Şahidlər eyni şeyləri fərqli şəkillərdə xatırlayırlar". Ancaq aydın məsələdir ki, onlar Matta və Luka İncillərini yazanda qarşılarında Mark İncilinin (Əhdi-Cədid İncillərinin ilki) nüsxələri olurdu. Yəni Hz.İsa haqqındakı hekayələr məsələsində Matta və Luka müstəqil mənbələr deyildilər, ancaq Markın versiyalarıdır. Bu isə o demək olur ki, bu versiyalar fərdi şəkildə İncil müəlliflərinin dini görüşlərini (teologiyalarını) əks etdirir. Başqa ifadə ilə desək, hər bir İncil bioqrafiyadan daha çox Hz.İsanın məqsədli bir yorumudur... Matta, Mark, Luka və Yəhya arasındakı bütün fərqlərlə başqa mövcud olan çox İncillə (Q (Q) İncili, Əziz Tomas İncili...) birlikdə aydın şəkildə problemimiz var. Hər bir İncil Hz.İsanı başa düşməyin xüsusi bir yoludur. Əcaba, tarixi həqiqətlərə nə dərəcədə yaxındır?"

Yuxarıdakı sitatda da bildirildiyi kimi, başqa vacib bir həqiqət dörd İncilin əslində daha çox saydakı İncil nüsxələrinin içindən seçilmiş kitablar olmasıdır. Tomas İncili, Məryəm İncili, Peter İncili, Yəqub və Tomasın uşaqlıq İncilləri, Yəqubun gizli İncili, Eaqerton İncili, Oxyrhynchus İncili kimi bu fərqli İncillər özündə Hz.İsa haqqında fərqli məlumat və izahları ehtiva edir. Tədqiqatçılar bütün bu İncillərin əslində bir oriYinal - amma itkin düşmüş - mətndən gəldiyini düşünürlər. Buna alman dilindəki "quelle" ("mənbə") sözündən istifadə edərək "Q İncili" deyilir.

İlk xristian cəmiyyəti və İncili ilk dəfə toplayanlar Hz.İsanın sözlərini bir yerə yığarkən içində olduqları vəziyyətə, siyasi təzyiqlərə və mövcud şərtlərə uyğun yeni izahlar vermiş, müxtəlif azaltma və əlavələrlə həqiqi mesaYdan uzaqlaşmışlar. Bu gün İncillə bağlı tədqiqat aparan tarixçilər bu məsələdə həmfikirdilər. Paula Frederiksen Əhdi-Cədid yazılarının qələmə alındığı dövrü bu cür xülasə edir:

"Əhdi-Cədid yazılarının qələmə alındığı dövr şifahi izahlardan yazılı izahlara, arami dilindən yunan dilinə, dövrün axırından dövrün ortasına, yəhudilərdən yəhudi olmayanlara, Cəlilədən Yəhudaya və oradan da imperatorluğa keçidlərin yaşandığı bir dövrdür".

İncil mətnlərinin meydana gəlməsi haqqında çoxlu tədqiqatlar aparılıb və müxtəlif kitablar yazılıb. Bu tədqiqatçıların böyük əksəriyyəti isə yuxarıda qeyd etdiyimiz fikirləri bölüşür. Yəni onlar İncil mətnlərinin kim tərəfindən yazıldığının bilinmədiyini, bu mətnlərin birbaşa Hz.İsanın sözləri olub-olmaması məsələsində qəti söz söyləməyin mümkün olmadığını və həmin İncil müəlliflərinin Hz.İsa ilə eyni dövrdə yaşamadığını söyləyirlər. Məsələn, Prinston Universitetinin (ABŞ) ilahiyyat bölümündən Elaine Pagels (Elayn Peygels) "Matta, Mark, Luka və Yəhya olaraq adlandırdığımız İncilləri kimin yazdığı haqqında demək olar ki, heç bir məlumata malik deyilik" deyir. "Who Wrote the Gospels?" ("İncilləri kim yazdı?") kitabının müəllifi Randel McCraw Helms (Randel MakKrou Helms) "Markın Hz.İsanın müasiri olan heç kimi tanımadığını" söyləyir.

"U.S.Newc & World Report" Yurnalının 1990-cı il 10 dekabr tarixli sayında Yefferü L.Sheler (Cefri Şeler) imzası ilə "Who Wrote the Bible?" ("İncili kim yazdı?") sərlövhəli bir araşdırma dosyesi dərc edilmişdi. Bir çox Müqəddəs Kitab tədqiqatçısı ilə görüşən Şelerə görə, "mütəxəssislər Müqəddəs Kitabın tamamilə insan əməyinin məhsulu olduğu, müəlliflərinin kimliyinin əbədi olaraq itirildiyi və çalışmalarının əsrlərdir tərcümə və düzəlişlərlə silindiyi nəticəsinə gəliblər". Şelerin İncilin yazılması ilə bağlı fikirləri bu cürdür:
"Hal-hazırda İncilləri əslində Matta, Mark, Luka və Yəhyanın yazdığına inanan çox az sayda Müqəddəs Kitab mütəxəssisi var - liberal şübhəçilərdən qatı Evangelistlərə kimi... Mətnlərin müəllifləri heç bir yerdə özlərinin kimliklərini vermir, yaxud da açıq-aydın Hz.İsanı tanıdıqlarını, ya da onunla səyahət etdiklərini iddia etmirlər... Bəzi mütəxəssislər Hz.İsanın ölümündən sonrakı 100 il içində çoxsaylı dəyişikliklərin meydana gəldiyini, buna görə heç kimin İncillərin doğruluğuna və ya etibarlılığına - xüsusilə də müəlliflərin Hz.İsanın özünə istinad etdikləri sözlərin - qəti surətdə əmin olmağını mümkün ola bilməyəcəyini ifadə edirlər".

Şeler öz yazısında bir çox ilahiyyatçıların fikirlərinə yer verir. Məsələn, Weston (Ueston) ilahiyyat fakültəsindən Yerome Neyrey (Ceromi Neyri) "Üstündə dayanılması lazım gələn əsas məsələ bizim İncillərin kimlər tərəfindən yazılmasını həqiqətən də bilməməyimizdir" deyir. 1996-cı il aprel ayının 8-də "Time" Yurnalında da bu məsələyə geniş yer ayrılıb. Yurnalda fikirlərini açıqlayan "The Gospel Truth" ("İncil həqiqəti") adlı kitabın müəllifi David Van Biema bunları deyir:

"Əksər mütəxəssisin qəti şəkildə qəbul etdiyi məsələ İncillərin həvarilərin deyil, onların adı bilinməyən tərəfdarlarının (ya da tərəfdarlarının tərəfdarlarının) yazdığı mətnlər olmasıdır. Onların hər biri Hz.İsanın həyatı ilə bağlı fərqli tablo təqdim etmişdir. Bu mətnlərin ən tezi Hz.İsanın çarmıxa çəkilməsindən təxminən 40 il sonra yazılıb".38 (Qeyd edək ki, Hz.İsa çarmıxa çəkilməyib).

Professor E.P.Sanders İncillərin oriYinaldan niyə uzaqlaşdığını belə açıqlayır:
"İlk xristianlar Hz.İsanın həyatının hekayəsini yazmayıblar. Onlar daha çox bundan istifadə etmişlər və buna görə də şəxsi fəsillər, yəni onun sözləri və qəhrəmanlıqları haqqındakı qısa fəsillər qorundu. Bu fəsillər sonradan redaktorlar və müəlliflər tərəfindən inkişaf etdirildi və düzəldildi. Bu da o deməkdir ki, Hz.İsanın sözləri və əməlləri ilə bağlı ən yaxın mahiyyətə heç vaxt əmin ola bilmərik.
* Bəzi materiallar təftiş edilib, bəziləri də ilk xristianlar tərəfindən formalaşdırılıb.
* İncillər anonim şəkildə yazılıblar".

 

Dördüncü İncil

Dördüncü İncil yunanların xristianların dini etiqadına təsirləri ilə bağlı araşdırma aparan tədqiqatçılar üçün çox mühüm dəlildir. Bu işlə məşğul olan alimlərin əksəriyyəti Əhdi-Cədiddə sayca dördüncü olan və xristianlar tərəfindən "Yəhya İncili" adlandırılan İncili sadəcə olaraq "Dördüncü İncil" kimi təqdim etməyə üstünlük verir. Çünki bu İncilin həvari Yəhya tərəfindən yazılması iddiası əksər araşdırmaçılar tərəfindən qəbul edilmir.

Dördüncü İncilin müəllifinin Hz.İsanın kimliyi haqqındakı şərhləri və üslubu çox fərqlidir, onun qeyd etdiyi söz və hadisələr də fərqlidir. Sinoptiklərə görə, onlar daha fəlsəfi, daha simvolik və daha mistikdir. Əhdi-Cədiddəki ziddiyyətlərin çoxu da əslində sinoptiklərlə Dördüncü İncil arasındakı ziddiyyətlərdir. fessor E.P.Sanders də "The Historical Figure of Yesus" ("Hz.İsanın tarixi portreti") adlı əsərində Sinoptik İncillər və Yəhyanın İncili arasındakı fərqli cəhətlərin üzərində dayanır. Sanders Hz.İsanın həyatından bəzi mühüm hadisələri nümunə kimi verərək bu hadisələrin Sinoptik İncilləri ilə Yəhya İncilində bir-birindən çox fərqli şəkillərdə təqdim edildiyinə diqqət çəkir. Sanders "ikisindən birini qəbul etmək məcburiyyətindəyik" deyir və öz fikirlərini bu sözlərlə tamamlayır:

"...Amma başqa bir variantın da üzərində dayanmalıyıq. Bəlkə də müəlliflərin heç biri nəyin nə vaxt qeyd ediləcəyini bilmirdi. Böyük ehtimalla onların əlində bir neçə qarışıq məlumat varmış və onlar da bu məlumatlar əsasında inandırıcı hekayətlər tərtib ediblər. Bu hekayələrə də elə özləri yeni əlavələr ediblər".
Maurice Casey (Maurisi Keysi) "The Origins and Development of New Testament Christology" ("Əhdi-Cədid xristologiyasının mənbələri və inkişafı") adlı çox əhəmiyyətli tədqiqat əsərində bu şərhi verir:

"Yəhya İncilində Hz.İsanın "Tanrının oğlu" ifadəsinin 23 dəfə işlədildiyini görmək olar. Mark İncilində isə bundan cəmi bircə dəfə istifadə edilib. Əgər Hz.İsa bu ifadəni Yəhyanın qeyd etdiyi qədər çox işlətsəydi, dərin iman sahibi olan xristianlar da Sinoptik İncillərdə bu ifadəni bir neçə dəfə təkrar edərdilər... Halbuki Sinoptik İncillərdə bununla bağlı dəlillər yoxdur. Əgər "oğul" ifadəsi Hz.İsanın öz müqəddəsliyini ifadə etmək üçün işlətdiyi əsas ifadə olsaydı, həvarilər də bu sözü tez-tez işlədərdilər, bu söz Lukada çox yerdə bildirilər və Luka da onların hamısını kağıza köçürərdi".

Casey Yəhya İncilində mövcud olan və üçləmə etiqadının əsasını təşkil edən bəzi ifadələrin nəyə görə Sinoptik İncillərdə olmadığını araşdırır. Onun gəldiyi nəticə isə belədir: əgər Hz.İsanın "Allahın oğlu" olması iddiası və ona əsaslanan üçləmə etiqadı həqiqətən də xristianlığın təməli olsaydı, Hz.İsanın sözlərində, təbliğində bu məsələ haqqında daha çox dəlil mövcud olmalı idi. Halbuki Sinoptik İncillərdə üçləmə etiqadının əsaslarını tapmaq mümkün deyil. Bunun əvəzində "bəşər, insan oğlu" ifadəsi həm Sinoptik İncillərdə, həm də Yəhya İncilində o qədər çox yerdə qeyd edilir ki, buradan Hz.İsanın məhz həmin ifadəni işlətmiş ola biləcəyi aydın olur (ən doğrusunu Allah bilir). "Allahın oğlu" kəlməsinin Hz.İsa tərəfindən işlədilmədiyini ifadə edən İncil tədqiqatçıları "insan oğlu" ifadəsi ilə bağlı tamamilə əks fikirdədirlər.

Yəhya İncilinin diqqəti cəlb edən başqa bir cəhəti onun yunan fəlsəfəsi ilə bağlılığıdır. İncil tədqiqatçılarından biri olan Yames Still (Ceyms Stil) "The Gospel of Yohn the Hellenization of Yesus" ("Yəhya İncili və İsanın yunanlaşdırılması") adlı çox mühüm və maraqlı məqaləsində bu məsələ ilə bağlı aşağıdakıları bildirir:

"Yəhya İncili ikinci əsrin əvvəllərində xristian yunanlar üçün yazılıb. Bu yeni möminlər daha təhsilli və daha zəngin adamlar idi. Onlar şəhərlərində yaşayan diaspora yəhudilərinə yuxarıdan aşağı baxır, bunun əvəzində isə Roma rəhbərliyi tərəfindən etibar və etimada layiq görülürdülər. Buna görə də Yəhya İncilinin müəllifi Sinoptik İncillərdə mövcud olan və Hz.İsanı yəhudilərin Məsihi şəklində təqdim edən fəsilləri oradan çıxardı... Beləliklə də fövqəlbəşər bir İsa obrazı ortaya çıxarıldı. Əvvəlki Sinoptik İncillər Hz.İsanın yəhudilərin Məsihi, Hz.Davudun nəslindən gələn adam və İsraili xilas edəcək şəxs olduğunu vurğulamışdılar. Yəhya İncilinin müəllifi isə yunanlı xristianları razı salmayan bütün bu yəhudi anlayışlarını yox etdi, Hz.İsanın Fələstin və Hz.Davud nəsli ilə bağlı olan şəcərəsini sildi".

Yames Stillin digər şərhləri belədir:
"Bu gün tanıdığımız Hz.İsanı ortaya çıxaran yunan fəlsəfəsinin təsirlərini Yəhya İncilində çox aydın şəkildə görürük. Bu, tam mənası ilə yunanlaşdırılmış və Tanrı ilə bərabər kimi göstərilən bir Hz.İsa portretidir. Yəhya İncilinin qarışıq və mistik üslubunun bircə məqsədi vardır: Hz.İsanın Tanrının özü olması (bundan Allaha sığınırıq) mesaYını verə bilmək".

Sinoptik İncillərdə Hz.İsaya tanrılıq dərəcəsi verən fəsillər həm çox az, həm də mübahisəlidir. Ancaq Stillin də qeyd etdiyi kimi, bu səhv inam Yəhya İncilində bütün mətnə aydın şəkildə hakimdir. Yames Still eyni məqaləsində Dördüncü İncildə Hz.İsanı tanrılaşdırmaq üçün göstərilən bütün cəhdlərdən belə bəhs edir:

"Burada (Yəhya İncilində) Hz.İsanın anadan olması məsələsi yoxdur, bizə "hər şeyin başlanğıcında" Hz.İsanın Tanrı ilə birlikdə mövcud olmasından söhbət açılır. Çünki bu İncilin müəllifi Hz.İsanın anadan olmasından bəhs etməyin,-bu doğuluş nə qədər fövqəladə bir doğuluş olsa da,-əzəldən mövcud olan Oğul Tanrı düşüncəsinə uyğun gəlməyəcəyi qənaətindədir. Hz.İsanın Mark İncilində gördüyümüz bəşəri zəiflikləri və adi insani ehtiyacları Yəhya İncilində qətiyyən mövcud deyil... Çünki Yəhya İncilinin yazıldığı dövr olan birinci əsrin axırlarında Hz.İsa haqqındakı mövcud təsəvvürlər onu bir yunan tanrısı halına gətirmişdi".44 (bundan Allaha sığınırıq).

GERİ
image