İslam və xrisianlıq

Həzrəti İsa

image

İnsanları Allahın dininə dəvət etmək üçün göndərilən elçilər Rəbbimizin onlara bəxş etdiyi bu şərəfli məsuliyyəti yerinə yetirərkən müxtəlif çətinliklərlə qarşılaşmışdılar. İnkarçılar onların Allahın dinini təbliğ etməsinə mane olmaq istəmiş, insanların elçilərin ardınca getməsinə cürbəcür hiylələr, böhtanlar və təzyiqlərlə əngəl ola biləcəklərini zənn etmişdilər. Allah yolunda mübarizə aparan bütün elçilərin başına gələnlər Hz. İsanın da başına gəlmiş, o, həm bütpə-rəst Roma iqtidarının, həm də mövhumatçı din adamları-nın cürbəcür hücumlarına məruz qalmışdı.

Hz. İsanın həyatı ilə bağlı mənbələr

image

Hz.İsanın həyatından bəhs edən müxtəlif mənbələr var. Əlbəttə, bu mənbələrin başında heç bir dəyişikliyə mə-ruz qalmayan və heç bir ziddiyyəti olmayan Qurani-Kərim gəlir. Buna görə də tarix boyunca dəyişdirilmə ehtimalı olan digər mənbələrdəki məlumatların təsdiqindən ancaq Quranda xəbər verilən məlumatlara uyğun olduğu təqdir-də istifadə edilə bilər. Quranla ziddiyyət təşkil etməyən digər bəzi tarixi və arxeoloYi bilgilər üçün isə başda İncil olmaqla o zamanlardan qalma variantlardan istifadə ediləcək.

Hz. İsanın dövründə Fələstin

image

Hz.İsanın yaşadığı dövrdə Ağ dəniz tamamilə Roma imperatorluğunun hakimiyyəti altında idi. İmperatorluq sərhədlərini böyük hərbi fəthlərlə o qədər genişləndirmişdi ki, Ağ dəniz imperatorluğun bir daxili gölünə çevrilmişdi. İmperatorluq hərbi sahədə olduğu kimi mədəniyyət sahəsində də ən güclü dövrlərindən birini yaşayırdı. Qədim yunan mədəniyyətini öz mirası kimi mənimsəmiş və onu yeniliklərlə daha da inkişaf etdirmişdi. Ellinizm adlanan bu cərəyan din də daxil olmaqla həyatın demək olar ki, bütün sahələrində hakim idi. Memarlıq və sənət çiçəklənmə dövrünü yaşayırdı.

Kral Hirodun dövrü

image

Roma hakimiyyətinin Fələstindəki əsas məqsədi vergi yığmaq idi. Yəhudilərin üzərinə ağır vergilər qoyulmuşdu. Roma bu yolla özünə bağlı bir dövlət mexanizmi qurdu. Bu dövrdə romalıların zəifliklərini bilən, Sezarın öldürülməsindən sonra dəyişən qüvvələr nisbətindən öz mənfəətləri üçün istifadə etməyi bacara bilən və Ellin mədəniyyətinə heyranlığı ilə tanınan I Hirod (b.e.ə. 37-4) romalıların köməyi ilə "Yəhudilərin kralı" olmağa nail olmuş və dövlətin sərhədlərini yenidən Fələstinə qədər genişləndirmişdi. Hirod romalıların xoşuna gəlmək üçün Ellin mədəniyyətinin yayılmasına böyük səy göstərirdi.