İslam və xrisianlıq

Hz. İsanın həyatı ilə bağlı mənbələr

image

Hz. İsanın həyatından bəhs edən müxtəlif mənbələr var. Əlbəttə, bu mənbələrin başında heç bir dəyişikliyə məruz qalmayan və heç bir ziddiyyəti olmayan Qurani-Kərim gəlir. Buna görə də tarix boyunca dəyişdirilmə ehtimalı olan digər mənbələrdəki məlumatların təsdiqindən ancaq Quranda xəbər verilən məlumatlara uyğun olduğu təqdir-də istifadə edilə bilər. Quranla ziddiyyət təşkil etməyən digər bəzi tarixi və arxeoloYi bilgilər üçün isə başda İncil olmaqla o zamanlardan qalma variantlardan istifadə ediləcək.

Hz.İsanın həyatı, təbliği və inkarçılarla apardığı mü-barizə ilə bağlı müraciət edə biləcəyimiz başqa bir mənbə isə Peyğəmbərimiz Hz.Muhəmmədin (s.ə.v.) hədisləri və İslam alimlərinin açıqlamaları, təfsirləri və izahlarıdır.

Xristianların müqəddəs kitabı olan və Hz.İsa haqqın-da ən müfəssəl məlumatlar verən İncil bu məsələdə mü-hüm mənbələrdən biridir. Ancaq İncil Hz.İsadan sonra müxtəlif təhriflərə məruz qalıb və oriYinallığını itirib. Buna görə də İncilin içində Allahın vəhyinə söykənən doğru mə-lumatlar ola biləcəyi kimi tamamilə insanların yazdığı hissələr də var. Buna görə də İncilin Hz.İsanın həyatı, mübarizəsi və dini təbliğ etməsi ilə bağlı Qurana uyğun olan his-sələri mühüm tarixi sənəd kimi qəbul edilə bilər.

İncillərin ən tez Hz.İsadan 30-40 il sonra yazıldığı ehtimal olunur. Ancaq əlimizdə bu İncillərdən heç biri yoxdur. Günümüzə gəlib çatan ən qədim İncil mətnləri III-IV əsrlərə aiddir. Xristianlığa bugünkü formasını verən Pavelin (Pavlusun) məktubları isə İncillərdən əvvəl (bizim era-nın 52-63-cü illərində) yazılıb.

Bunlarla yanaşı Flavius, Filon, Tassit kimi antik dövr tarixçilərinin əsərlərində də kiçik bölümlərə rast gəlmək mümkündür. Bu tarixçilər həmçinin Hz.İsanın şəxsiyyəti ilə də bağlı olmasa hər halda onun yaşadığı dövrlə bağlı müfəssəl məlumatlar vermişlər.
Nəhayət, o dövrlə bağlı aparılan arxeoloYi qazıntılar və bu qazıntılar zamanı əldə edilən tapıntılar da Hz.İsanın yaşadığı dövrün və o dövrdə baş vermiş hadisələrin dərk edilməsi üçün mənbə kimi istifadə ediləcək.

GERİ
image