İslam və xrisianlıq

Hz.İsanın anadan olması

image

Allah Quranda Hz.İsanın anadan olmasından ölümünə kimi hər məsələdə başqa insanlardan çox fərqləndiyinə diqqət çəkir. Hər şeydən əvvəl Hz.İsa məlum olan səbəblərdən fərqli bir yaradılışla doğulmuş, yəni dünyaya atasız gəlmişdir. Allah o, anadan olmamışdan əvvəl əksər xüsusiyyətini və onu insanlar üçün bir Məsih olaraq göndərdiyini mələkləri vasitəsilə anası Hz.Məryəmə bildirmişdi. Hz.İsanın bu əsas xüsusiyyətlərindən biri onun "Allahın kəlməsi" kimi səciyyələndirilməsidir:

Hz. İsanın həyatı

image

Tarixi mənbələrə görə, Hz.İsa bundan təxminən 2000 il əvvəl yaşayıb. O, Allahın dünyada və axirətdə seçdiyi bir elçisidir. Matta İncilində Hz.İsanın I Herod və reYim dəyişikliyi dövründə (b.e.ə. 4-cü il), Luka İncilində isə imperator Avqustun dövründə (eramızın 6-cı ili), Yəhudiyyədə əhalinin sayılması dövründə anadan olduğu bildirilir. Bu məlumatları təsdiq etmək mümkün deyil. Ancaq müxtəlif mənbələri araşdıran tədqiqatçılar Hz.İsanın b.e.ə. 7-6-cı illər arasında anadan olduğunu güman edirlər.

Hz.İsanın üstün əxlaqi xüsusiyyətləri

image

Peyğəmbərimizin (s.ə.v.) hədislərində Hz.İsa ilə bağlı çox mühüm xəbərlər verilmişdir. Hədislərdə bu mübarək insanın zahiri görünüşü haqqında da bəzi məlumatlar var. Hədislərə görə, Hz.İsa orta boylu, qırmızıya çalan ağ bədənli, düz saçlı, fövqəladə gözəlliyə malik bir insan idi. Uzatdığı saçları kürəklərinin arasına çatardı. Yun paltar və ağac qabığından hazırlanmış sandal geyinərdi. Hz.İsa dünyadan üz döndərər, axirəti istəyər və vaxtını Allaha ibadət etməklə keçirərdi (M.Asım Köksal, «Peyğəmbərlər Tarixi», səh. 334, 335).

Hz.İsanın təbliği

image

Dünyaya gələndən Allahın yanına yüksəldilənə kimi bütün həyatı möcüzələrlə dolu olan Hz.İsanın yaşadığı və Allahın icazəsi ilə göstərdiyi möcüzələr Qur’anda belə xəbər verilir:

"Xatırla ki, o gün Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışdırdım. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətdim..."" ("Maidə" surəsi, 110)