İslam və xrisianlıq

Hz. İsa Allahın oğlu deyil, peyğəmbəridir

image

Dünyanın iki ən böyük səmavi dini olan İslamın və xristianlığın bir çox müştərək inancları var. Xristianlar da müsəlmanlar kimi Allahın mütləq varlığına, Onun əzəli və əbədi olmasına, bütün kainatı yoxdan yaratdığına və bütün maddəyə sonsuz qüdrəti ilə hakim olmasına inanırlar. Müsəlmanların və xristianların rədd etdikləri təfəkkür yanlışlıqları da eynidir: onların ateizmə, dinsizliyə, irqçiliyə, faşizmə və əxlaqi aşınmaya qarşı apardıqları məfkurə mübarizəsində və yaxud Allahın mövcudluğunu təbliğ etmək məsələsindəki səylərində çox böyük oxşarlıqlar var.

Uca Rəbbimizin övladı yoxdur

image

Üçləmə etiqadının ən əsas məntiqi Hz.İsanın "Allahın oğlu" olması ilə bağlı iddiadır. Allahın sifətləri isə onların bu iddialarını tamamilə alt-üst edir. Aləmlərin Rəbbi olan Allah insanların heç nəyi bilmədən, cahilcəsinə və qeyri-ciddi şəkildə ortaya atdığı bu cür bənzətmələrdən, hər cür qüsur və nöqsanlardan uzaqdır. Bu həqiqət Qur’an ayələrində belə bildirilir:

Quranda da bildirildiyi kimi, Hz.İsa bir bəşərdir

image

Rəbbimiz Qur’anın "Qəsəs" surəsində Peyğəmbərimizə (s.ə.v.) özündən əvvəlki peyğəmbərlərin də bir bəşər olduqlarını bildirir:

"Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək yeyər, bazarları gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək dözə biləcəksinizmi? Sənin Rəbbin görəndir! Bizimlə qarşılacaqlarına inanmayanlar: "Bizə mələklər endirilməli, yaxud biz Rəbbimizi görməli idik!" - dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və azğınlaşıb həddi çox aşdılar" ("Furqan" surəsi, 20-21)

Xristianlarin üçləmə səhvləri

image

Allah bəşər tarixi boyunca insanlara düzgün yol göstərmək və yanlış həyat tərzlərini onlara bildirmək üçün peyğəmbərlər göndərmişdir. Hər peyğəmbər göndərildiyi cəmiyyəti hidayət yoluna dəvət etmiş, Rəbbimizdən aldığı vəhyi öz camaatına, xalqına çatdırmışdır. Hər dinin hökmlərində, ibadətlərində və onların tətbiq olunma formalarında bəzi fərqlər olsa da bütün peyğəmbərlərin həyata keçirdiyi təbliğin əsası eyni tövhid inancıdır. Tövhid "Allaha bir və tək tanrı olaraq iman gətirmək" deməkdir.