İslam və xrisianlıq

Hz. İsanın dövründə yəhudi məzhəbləri

image

Yəhudilərin üzləşdiyi başqa bir problem isə qövmü içindən parçalayan məzhəb ayrılıqları idi. Miladdan öncə II əsrə qədər yəhudilər arasında bir-biri ilə münaqişədə olan məzhəblərin olduğu məlum deyil. Lakin miladdan əvvəlki son əsrdə yəhudi cəmiyyəti arasında böyük bir parçalanma baş vermiş, yəhudiliyin təməli və həqiqi mənası mövzusunda bir çox müxtəlif baxışlar ortaya çıxmışdı. Bu məzhəblərin inkişaf etməsində Əhdi-Ətiq kitablarının və dini qaydaların müxtəlif şəkildə izah edilməsindən savayı siyasi faktorlor, xüsusilə də Roma üsul-idarəsinin böyük rolu vardı.

Saddukilər

image

Dini qrupları tədqiq edəndə onların sosial status baxımından ən dəyərlisinin saddukilər olduğunu görürük. Bunlar adları Hz.İsa ilə eyniləşdirilməyən yeganə məzhəbdir. Çünki həqiqətən də saddukilər Hz.İsanın gətirdiyi bütün xəbərlərə zidd olan bir dünyagörüşünə malik idilər. Əldəki mənbələrdə müfəssəl şəkildə qeyd olunmamasına baxmayaraq Hz.İsanın bu yanlış cərəyana qarşı mübarizə aparması da ehtimal olunan bir hadisədir. "Matta İncili"ndə Hz.İsa möminləri saddukilərin fikirlərindən xəbərdar etmişdi:

Fəriseylər və Zilotlar

image

Fəriseylər isə saddukilərdən bir çox mövzularda fərqlənən, onlarla ziddiyyət təşkil edən bir məzhəb idi. Onlar başda Tövrat olmaqla müqəddəs yazılarla maraqlanır, xalq arasında dini nüfuz sahibi kimi qəbul edilir və hörmət görürdülər. Saddukilərin məbədi idarə etməsinə qarşı çıxır, onların bütün dindənkənar davranışlarını tənqid edirdilər. Saddukilərin əksinə olaraq ruhun varlığına, ölümdən sonrakı həyata, cənnət və cəhənnəmə inanırdılar.

Essənilər və Ölü dəniz kitabələri

image

Dördüncü qrup olan essənilər isə əvvəlki üç qrupun əksinə olaraq Qüdsdə və ya başqa şəhər və qəsəbələrdə deyil, İordaniya vadisinin ucqar bölgələrində yaşayırdılar. Onlar digər üç qrupa nisbətən dinlərinə daha çox bağlı, batini (daxili) yöndən qüvvətli bir təriqət idilər. O dövrdə çox məşhur olan bir inanc onlarda da hakim idi: onlar Məsihin yaxınlarda gələcəyinə, İsrail oğulları arasında azğınlıqları, sapmaları və fikir ayrılıqlarını aradan qaldıracağına, ölkəni işğaldan xilas edəcəyinə inanırdılar.