İslam və xrisianlıq

Həzrəti İsa

image

İnsanları Allahın dininə dəvət etmək üçün göndərilən elçilər Rəbbimizin onlara bəxş etdiyi bu şərəfli məsuliyyəti yerinə yetirərkən müxtəlif çətinliklərlə qarşılaşmışdılar. İnkarçılar onların Allahın dinini təbliğ etməsinə mane olmaq istəmiş, insanların elçilərin ardınca getməsinə cürbəcür hiy-lələr, böhtanlar və təzyiqlərlə əngəl ola biləcəklərini zənn etmişdilər. Allah yolunda mübarizə aparan bütün elçilərin başına gələnlər Hz.İsanın da başına gəlmiş, o, həm bütpərəst Roma iqtidarının, həm də mövhumatçı din adamlarının cürbəcür hücumlarına məruz qalmışdı. Hz.İsa gerçək dinin düşməni olan bu iki cərəyanla eyni anda mübarizə aparmış, bu mübarizə zamanı isə yanında çox az sayda Al-laha iman gətirən insan olmuşdu.

Hz.İsanın möcüzəvi şəkildə anadan olması, haqq dini izah etməsi, həyatı boyu göstərdiyi möcüzələr onun qısa müddət ərzində o zamankı xalq tərəfindən gözlənilən Mə-sih kimi tanınıb sevilməsinə gətirib çıxarmışdı. Ancaq xalqın bu güclü sevgisi və Hz. İsanın mövhumatçı din adamla-rına yönəlik haqlı tənqidləri həmin insanların bu müqəd-dəs insana təzyiqlərinə və ona cürbəcür tələlər qurmasına səbəb olmuşdu. Onların Hz.İsanı öldürmək üçün hazırladığı bütün tələlər Allahın onu Öz dərgahına yüksəldib qoru-ması ilə nəticəsiz qalmışdır.

Hz.İsanın həyatını və mübarizəsini müfəssəl şəkildə tədqiq etməmişdən əvvəl mövzu ilə bağlı mənbələrin han-sılar olmasını öyrənmək faydalı olardı.

GERİ
image