Bu iki ifadədən İncil mətnlərində istifadə olunması məsələsini incələməmişdən əvvəl bildiririk ki, sonsuz güc və qüdrət sahibi olan Uca Rəbbimizi bu fəsildə bəhs edilən batil inancı ifadə etmək üçün işlədəcəyimiz "üçləmə etiqadını müdafiə edən şəxslərə məxsus hörmətə uyğun olmayan hər cür ifadədən" uzaq tuturuq.
Üçləmə inancı ortaya çıxdığı illərdən bu günədək demək olar ki, hər dövrdə böyük mübahisələrə səbəb olub və bu mübahisələr XVIII əsrdən etibarən daha geniş sahələrə yayılıb. Bu illərdə başlayan Müqəddəs-Kitab tədqiqatları insanları əvvəlcə üçləmə inancının nəyə görə İncildə aydın şəkildə yer almadığını, sonra da onun hansı şəraitdə ortaya çıxdığını araşdırmağa istiqamətləndirib.
Hz.İsanı tanrılaşdıran etiqadın çürük dayaqlarından biri Yəhya İncilinin girişindəki "kəlam" ("söz", "loqos") açıqlamasıdır. Bu fəsildə Hz.İsanın Allahın Sözü olduğu və Allahla birlikdə sonsuzdan bəri mövcud olduğu iddia edilir:
İncil tədqiqatçılarının üzərində xüsusi dayandığı məsələlərdən biri də İncildə qeyd edilən ifadələrin birbaşa mənaları ilə deyil, məcazi mənada başa düşülməsidir. Məsələyə bu aspektdən baxanda qeyd edilən ifadələrin fərqli mənalara gəldiyini görmək olar. Qur’anda da çoxsaylı mütəşabih (zahiri mənası nəzərdə tutulmayan və həqiqətlərin təşbih və təmsil yolu ilə bəyan edilməsi zamanı istifadə olunan ifadələr) ayələr var.
Roma imperatorluğunun sərhədləri daxilində yaşayan bütpərəst xalqların dinlərindəki əsas xüsusiyyətlərdən biri insan-tanrı anlayışı ilə bağlı idi. Zevs, Hermes, Venus, Yupiter kimi xəyali Roma və yunan tanrıları insanlar kimi təsvir edilirdilər. Bu tanrıların heykəlləri məbədlərin mərkəzində yaxud da böyük şəhərlərin meydanlarında yerləşirdi. Bütpərəstlər xəyallarının məhsulu olan bu tanrılarını "əllə tutulan, gözlə görünən" varlıqlar kimi təsəvvür edir, həmin tanrıların insan cildinə girərək onlara görünməsini də təbii bir hadisə kimi qəbul edirdilər.
Üçləmə etiqadı əsrlər boyunca xristian dünyasında bir çox insanlar, qruplar və məzhəblər tərəfindən qəbul edilmədi. Bəzi qruplar bu etiqadın tamamilə əleyhinə oldular, digərləri də bu səhv inancın bəzi məqamlarını rədd etdilər. Üçləmə inancını rədd edən qruplar tarixin hər dövründə böyük təzyiqlərə məruz qaldılar. Onlar öz torpaqlarından sürgün edildilər, diri-diri yandırıldılar, işgəncələrlə öldürüldülər.