İslam və xrisianlıq

Bütpərəst etiqadların insanları tanrılaşdırmaq meylləri

image

Roma imperatorluğunun sərhədləri daxilində yaşayan bütpərəst xalqların dinlərindəki əsas xüsusiyyətlərdən biri insan-tanrı anlayışı ilə bağlı idi. Zevs, Hermes, Venus, Yupiter kimi xəyali Roma və yunan tanrıları insanlar kimi təsvir edilirdilər. Bu tanrıların heykəlləri məbədlərin mərkəzində yaxud da böyük şəhərlərin meydanlarında yerləşirdi. Bütpərəstlər xəyallarının məhsulu olan bu tanrılarını "əllə tutulan, gözlə görünən" varlıqlar kimi təsəvvür edir, həmin tanrıların insan cildinə girərək onlara görünməsini də təbii bir hadisə kimi qəbul edirdilər.

Bütpərəstlərdəki bu insan-tanrı anlayışı o qədər açıq idi ki, özünü "kəramət" sahibi kimi göstərən və dini məsələlərdə vəz edən insanlar bu "məqama" asanlıqla yiyələnə bilirdilər. Əhdi-Cədidin "Həvarilərin işləri" kitabında bu məsələ ilə bağlı maraqlı misallar var. Bu misallara görə, Pavel və Barnaba indiki Konya şəhəri (Türkiyə) yaxınlığındakı Listra adlanan yerdə xəstə bir adamı müalicə etdilər. Xalq da onların tanrı hesab etdi:

"Pavelin nə etdiyi görən xalq, səsini yüksəldib Lrkayoniya dilində "Tanrılar insan surətində yanımıza eniblər!", - dedilər. Barnabanı Zevs, Pavelin isə baş natiq olduğu üçün Hermes adlandırdılar. Şəhərin önündə yerləşən Zevs məbədinin kahin, şəhər qapısının önünə öküzlər və çələnglər gətirib, xalqla bərabər qurban kəsmək istəyirdi" ("Həvarilərin işləri", 14/11-13).

Oxşar bir hadisə Maltada baş verib. Pavellə söhbət edən bütpərəstlər onun zəhərli olduğunu güman etdikləri bir ilan tərəfindən çalınıb ölmədiyini görəndə yenə insan-tanrı fikrinə gəlmişdilər:

"Onlar Pafelin bədəninin şişməsini və yaxud ölü kimi qəflətən yerə yıxılmasını gözləyirdilər; amma çox gözlədikdən sonra ona zərərli bir şey olmadığını gördükdə fikirlərini dəyişdirib: "O, bir tanrıdır", - dedilər" ("Həvarilərin işləri", 28/6).

Hz.İsanın ardıcılları öz dinlərini məhz belə bir düşüncə tərzinə malik olan insanlar arasında yaymağa çalışır, bu adamlara möcüzələr göstərən, xəstələri sağaldan, ölüləri dirildən bir Məsihdən bəhs edirdilər. Bu adamlar da Allahın üstün möcüzələr verdiyi bu müqəddəs elçisinin Zevs yaxud Hermes kimi bir "tanrı" olduğuna inanırdılar.

Həmçinin Allah Qur’anda üçləmə tərəfdarlarının "Məsih Allahın oğludur" şəkilli ifadələrindən bəhs edərkən "Onların ağzında gəzən bu sözlər daha öncə küfr edənlərin sözlərinə bənzəyir" ("Tövbə" surəsi, 30) xəbərini verir. Yəni xristianlar bu sözləri onlardan əvvəl bu anlayışlara sahib olan bəzi inkarçı xalqlardan götürmüşdülər.

GERİ
image