İslam və xrisianlıq

Hz.Məryəmin Cəbraillə görüşməsi

image

Allah Hz. Məryəmin həyatının müxtəlif dövrlərində çox möcüzəli hadisələr yaratmışdır. Bunlardan biri də onun Cəbraillə görüşməsidir. Hz. Məryəm həyatının müəyyən bir dövründən sonra yaşadığı cəmiyyətdən və ailəsindən uzaqlaşaraq şərq tərəfdə bir yerə çəkilmişdi. Burada Cəbrail Hz. Məryəmə "kamil bir insan" şəklində görünmüşdü. Bu möcüzəli hadisə Qur’anda belə xəbər verilir:
"Kitabda Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb şərq tərəfində bir yerə çəkilmişdi. Və ailə üzvlərindən gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz ruhumuzu yanına göndərdik. Ona kamil bir insan qiyafəsində göründü. Məryəm dedi: "Mən səndən Rəhmana pənah aparıram. Əgər müttəqi isənsə, mənə toxunma!"" ("Məryəm" surəsi, 16-18).

Hz.Məryəm qarşısındakı insanın Cəbrail olduğunu əvvəlcə bilmirdi. Buna görə də tanımadığı bir insanla qarşılaşdığını fikirləşdiyi üçün tez Allaha sığınmış və özünün Allahdan qorxan, iman gətirən bir mömin olduğunu bildirmişdi. Bu sözləri Hz.Məryəmin Allah qorxusunu, namusuna münasibətdə həssaslığını və təqva sahibi bir bəndə olduğunu açıq şəkildə ortaya qoyur. Bundan sonra Cəbrail özünü tanıtmış, Allahın vəzifələndirdiyi bir elçi olduğunu və ona Allahdan bir müYdə ilə gəldiyini bildirmişdi:

"Mən sənə ancaq təmiz bir oğlan bağışlamaq üçün Rəbbinin elçisiyəm!" - dedi" ("Məryəm" surəsi, 19)

"Mələklər dedilər: "Ya Məryəm! Həqiqətən Allah Öz tərəfindən bir kəlmə ilə sənə müYdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca və yaxın olanlardandır" ("Ali-İmran" surəsi, 45)

Bu əhəmiyyətli müYdəni eşidən Hz.Məryəm ona heç bir kişi əlinin dəymədiyi halda necə uşağı ola biləcəyini başa düşmək üçün Cəbrailə bu sualı vermişdi:

"O, dedi: "Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!" Dedi:  "Elədir, lakin Rəbbin buyurdu ki, bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə, dərgahımızdan olan bir mərhəmət kimi edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!" Artıq hamilə oldu və onunla birlikdə uzaq bir yerə çəkildi" ("Məryəm" surəsi, 20-22)

"Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər?" - dedikdə buyurdu: "Elədir, Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda ona ancaq "Ol!" deyər, o da olar" ("Ali-İmran" surəsi, 47)

Cəbrail isə onun bu sualının əvəzində Allahın gücünün hər şeyə çatacağını, bir işə ancaq "Ol!" deməsi ilə onun dərhal olacağını söyləmişdi. Beləliklə, Hz.Məryəm ona heç bir insan əli dəymədiyi halda Allahın istəyi ilə Hz.İsaya hamilə qalmışdı. Onun hamiləliyi dünyadakı bütün səbəblərdən fərqli və uzaq olaraq möcüzəli şəkildə baş vermişdir. Rəbbimizin bildirdiyi kimi, Cəbrailin müYdəsinin sonra Hz.Məryəm heç kimin olmadığı bir yerə çəkilmişdi. Allah bu dövrdə də Hz.Məryəmə hər cəhətdən kömək etmiş, bir qadının hamiləlik dövrü boyunca psixi və fiziki cəhətdən ehtiyac duyduğu hər cür dəstəyi və imkanı onun üçün yaratmışdı. Onu kimsəsiz bir yerə yerləşdirərkən bu vəziyyəti dərk edə bilməyəcək insanların maddi və mənəvi yöndən yarada biləcəkləri hər cür narahatlıqların da qarşısını almışdı.

GERİ
image