İslam və xrisianlıq

Yəhya peyğəmbər

image

Əhdi-Cədidə görə, təbliğinə Hz.İsadan bir müddət əvvəl başlayan Hz.Yəhya ətrafındakı insanları Məsihin gəlişi məsələsində müYdələmiş və Məsihin ən çox dəstəkləyən şəxs olmuşdur.

Hz.Yəhyanın anadan olması möcüzəli şəkildə baş verib. Bu hadisənin həqiqi xəbəri "Məryəm" surəsinin əvvəlində bu cür verilir:

"Kaf, Ha, Ya, Eyn, Sad! Bu, sənin Rəbbinin öz qulu Zəkəriyyəyə olan mərhəmətinin xatırlanmasıdır! Zəkəriyyə Rəbbinə gizlicə dua edib yalvardığı zaman belə demişdi: "Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. Mən özümdən sonra gələn qohum-əqrəbamdan qorxuram. Zövcəm də ki, sonsuzdur. Buna görə də mənə Öz dərgahından bir oğul bəxş et ki, o, həm mənə, həm də Yəqub nəslinə varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o, riza qazanmış olsun!" "Ey Zəkəriyyə! Sənə bir oğulla müYdə veririk ki, adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik!" Zəkəriyyə dedi: "Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən düşmüş ikən mənim necə oğlum ola bilər?" "Dediyin kimidir, lakin Rəbbin buyurdu ki, bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən yaratmışdım!"" ("Məryəm" surəsi, 19/1-9)

Luka İncilində Hz.Yəhyanın anadan olması ilə bağlı olaraq Qur’an ayələrinə uyğun gələn məqamlar var. Hz.Yəhyanın atası Hz.Zəkəriyyədir. Hz.Zəkəriyyə və xanımı Lukaya görə, "Hər ikisi Allah qarşısında saleh olub Rəbbin bütün əmr və ehkamlarına qüsursuz əməl edirdi" ("Luka", 1/6). Hər ikisi qocalmışdı. Uşaqları olmurdu. Buna baxmayaraq Allah Hz.Zəkəriyyəni oğlunun olacağı ilə müYdələmişdi. Luka İncilində bu hadisə belə xəbər verilir:

"Rəbbin bir mələyi Zəkəriyyəyə göründü və büxur qurbangahının sağında durdu. Zəkəriyyə onu gördükdə çaşdı və onu qorxu bürüdü. Mələk isə ona dedi: "Qorxma, Zəkəriyyə, çünki sənin duan eşidildi. Arvadın Elizabet sənə bir oğul doğacaq və onun adını Yəhya qoyacaqsan. Sevinc və səfa tapacaqsan və onun doğulmasına bir çoxları da sevinəcəklər. Çünki o, Rəbbin qarşısında böyük olacaq, şərab və başqa içki içməyəcək və hələ anasının bətnində ikən Müqəddəs Ruhla dolacaqdır. Və İsrail oğullarından bir çoxunu onların Allahı olan Rəbbə tərəf döndərəcəkdir"" ("Luka İncili", 1/11-16)

Hz.Yəhya təqva sahibi olan saleh bir bəndə və xalqı üçün də bir hidayət rəhbəri olub. Allah bu səmimi bəndəsini Qur’an ayələrində belə tərifləyir:

"Ey Yəhya! Kitabdan bərk yapış! Biz uşaq ikən ona hikmət verdik. Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi. Yəhya ata-anasına qarşı da olduqca itaətkar idi: zalim, asi deyildi. Ona doğulduğu gündə, öləcəyi gündə, diriləcəyi gündə salam olsun!" ("Məryəm" surəsi, 19/12-15)

Hz.Yəhya Əhdi-Cədidə görə də Allahın sadiq bir bəndəsi və təqva sahibi bir mömin idi. O, yəhudiləri təkəbbür göstərdikləri üçün xəbərdar etmiş və onları Allahın hökmlərini qorumağa, günahdan çəkinməyə dəvət etmişdi. Luka İncili Yəhya ilə ona qulaq asmağa gələn yəhudilər arasındakı dialoqdan belə bəhs edir:

"Yəhya vəftiz olunmaq üçün onun yanına gələn xalqa deyirdi: "Ey gürzələr nəsli! Gələcək qəzəbdən qaçmağı sizə kim təlqin etdi? İndi tövbəyə layiq səmərə yaradın. Və içinizdə: "Atamız İbrahimdir", - deməyə cəhd etməyin; çünki sizə deyirəm ki, Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. Artıq balta da ağacların kökü dibində yatır; beləliklə, yaxşı bar verməyən hər ağac kəsilir və oda atılır". Xalq ondan soruşurdu: "Bəs biz nə edək?" O, onlara cavab verib dedi: "İki köynəyi olan birini köynəksiz olana versin; yeməyi olan adam da belə etsin". Vergi yığanlar da vəftiz olunmaq məqsədi ilə Onun yanına gəlib dedilər: "Müəllimimiz! Biz nə edək?" Yəhya onlara dedi: "Sizə müəyyən ediləndən artıq heç şey tələb etməyin". Əsgərlər də: "Bəs biz nə etməliyik?" - deyə ondan soruşdular. Onlara da dedi: "Heç kimi qarət etməyin, böhtan atmayın, aldığınız maaşla kifayətlənin"" ("Luka İncili", 3/7-14)

Əhdi-Cədidə görə, Hz.Yəhya bu təbliği əsnasında ona qulaq asanlara həmişə "vaxtın tamam olduğunu" deyirdi. "Gəlməli olan" artıq gəlmək üzrə idi.

GERİ
image