İslam və xrisianlıq

Həzrəti İsanın həyatı

image

Tarixi mənbələrə görə, Hz.Məryəm xaosun baş alıb getdiyi, Roma imperatorluğunda zülmün davam etdiyi və yəhudilərin Məsihin gəlişini səbirsizliklə gözlədiyi bir dövrdə dünyaya gəlib. Hz.Məryəm Allahın aləmlər üzərinə seçib üstün etdiyi bir nəsildən - İmran ailəsindən gəlir ("Ali-İmran" surəsi, 33).

Allah İmran ailəsini aləmlərə üstün etdiyi kimi bu ailəyə mənsub olan Hz.Məryəmi də seçmiş, təmizləmiş və onu aləmlərin qadınlarına üstün etmişdir. Qur’anda belə buyrulur:

"Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: "Ya Məryəm, həqiqətən Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur. Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və namaz qılanlarla bir yerdə namaz qıl!"" ("Ali-İmran" surəsi, 42-43)

İmran ailəsi Allaha iman gətirən, hər işində Onun razılığını qazanmağa çalışan və Onun cızdığı sərhədlərə tabe olan, ətrafındakı insanların da bu cür tanıdığı insanlar idi. İmranın xanımı Hz.Məryəmə hamilə qaldığını öyrənəndə dərhal Allaha dua etmiş və dünyaya gətirəcəyi körpəni Allaha nəzir demişdi. Anadan olan qız uşağına Məryəm adını verməsi də onun könüldən Allaha təslimiyyətinin bir işarəsidir. "Məryəm" sözü "abidə", yəni "həmişə Allaha ibadət edən" mənasına gələn bir kəlmədir. Bu məsələ Qur’anda belə xəbər verilir:

"İmranın zövcəsinin: "Ey Rəbbim, bətnimdəkini sənə xidmətkar olmaq üçün nəzir edirəm. Məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!" - dediyini xatırla! Onu doğduğu zaman: "Ey Rəbbim! Mən qız doğdum", - söylədi. Halbuki Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. "Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun şeytandan Sənə tapşırıram" - dedi" ("Ali-İmran" surəsi, 35-36)

Allah "Hz.Məryəmin anasının onu "hər cür bağlılıqdan azadlığa qovuşdurulmuş olaraq Allaha nəzir etdiyini" bildirir. Bu ifadənin ərəb dilindəki mətnində qeyd edilən "muharrərən" kəlməsi "ancaq axirət işləri ilə məşğul olan, dünya ilə əlaqəsi olmayan, həmişə Allaha ibadət edən, Allahın məbədinə xidmət edən, səmimi ibadət edən, ibadətində dünya mənfəəti güdməyən insan" mənalarına gəlir. Həqiqi mənada azadlıq insanın ancaq Allaha qulluq edib Ona təslim olması, varlıqlara və ya bəzi dəyərlərə qulluq etməkdən tamamilə uzaqlaşması ilə əldə edilə bilər. İmranın xanımı da Hz.Məryəmi ancaq Allaha qulluq edən, insanların razılığından tamamilə uzaqlaşmış bir insan olmasını Allahdan istəmişdi.

Hz.Məryəm dünyaya gələndə İmranın xanımı həm Hz.Məryəmi, həm də ondan dünyaya gələcək nəslini şeytanın şərindən qoruması üçün Allaha dua etmişdi. Allah İmranın xanımının bu səmimi yönəlişini qəbul etmiş və duasının əvəzində də dünyaya gətirdiyi uşağa üstün əxlaq vermişdir. Qur’anda Hz.Məryəmin Allahın mühafizəsi altında necə diqqətlə və həssaslıqla yetişdirildiyinə "Belə olduqda Rəbbi yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyəyə tapşırdı..." ("Ali-İmran" surəsi, 37) ayəsi ilə xüsusi olaraq diqqət yetirilir.

Allah Hz.Zəkəriyyanın saleh bir bəndə olduğunu, hidayət verdiyi, aləmlərə üstün etdiyini və doğru yola yönəldib çatdırdığını bildirdiyi peyğəmbərlərdəndir. Allah Qur’anda bu müqəddəs insandan fəxrlə bəhs etmiş, gözəl əxlaqına diqqət çəkmişdir ("Ənam" surəsi, 85-87). Hz.Məryəmin cavabdehliyini öz üzərinə götürən Hz.Zəkəriyyə onun həyatındakı möcüzəli hadisələrə şəxsən tanış olmuş, Allahın Hz.Məryəmi xüsusi olaraq seçdiyini başa düşmüşdü. Məsələn, təkbaşına davamlı ibadət edən Hz.Məryəmin yanına gedən Hz.Zəkəriyyə onun ərzağının həmişə yanında hazır görmüşdü. Bu məsələ Qur’anda belə xəbər verilir:

"...Zəkəriyyə hər dəfə ibadət etdiyi mehraba girdikdə onun yanında bir ruzi olduğunu görərdi. Zəkəriyyə: "Ya Məryəm, bunlar sənin üçün haradandır?" dedikdə o: "Allah tərəfindəndir!" deyə cavab verərdi. Həqiqətən Allah istədiyi şəxsə hədsiz ruzi verər!" ("Ali-İmran" surəsi, 37)

Hz.Məryəm yaşadığı cəmiyyətdə həm ailəsinin, həm də özünün Allaha olan bağlılığı və səmimiyyəti ilə tanınan bir insan olub. Onun Qur’anda açıq şəkildə bildirilən xüsusiyyəti isə iffətidir. Bu məsələ "Təhrim" surəsində belə bildirilir:

"Həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və itaət edənlərdən oldu" ("Təhrim" surəsi, 12)

GERİ
image