İslam və xrisianlıq

İncildəki həqiqi xristianlıq

image

İncildə üçləmə (təslis) etiqadına əsaslanmayan, əksinə, Allaha bir və tək olaraq iman gətirməyi əsas götürən tövhid inamını müdafiə edən çoxlu açıqlamalar var. Həmçinin üçləmə inamını qəbul etməyən qruplar da tarix boyunca bu məsələyə diqqəti cəlb edərək üçləməni müdafiə edənlərin dəlilsiz olduqlarını ifadə ediblər.

Üçləmə etiqadı Hz.İsaya Allahla eyni status verdiyi halda (bundan Allaha sığınırıq) İncil açıqlamalarında Allahın birliyi, Onun hər şeyin üzərində sonsuz hakimiyyətinin olması çox ətraflı şəkildə tərif edilir. Həm Hz.İsanın xalqı və tələbələri arasında apardığı təbliğdə, həm də həvarilərin sözlərində insanlar həmişə tövhid inamına çağırılırlar. Hz.İsa hər etdiyini həqiqətən Allahın sonsuz güc və qüdrəti ilə etdiyini, hər söylədiyinin Allahın ona söylətdiyini, möcüzələri Allahın istəyi ilə həyata keçirdiyini davamlı olaraq dilə gətirir, özünü öyüb yüksəldən insanları Allahı öyüb yüksəltməyə, Allahın sonsuz gücünü xatırlamağa və Ona təslim olmağa dəvət edir. Bu mövzudan sonrakı səhifələrdə ətraflı bəhs edəcəyik.

Hz.İsanın necə təbliğat apardığını göstərən çoxlu Qur’an ayəsi var. "Maidə" surəsində bu məsələ ilə bağlı belə buyrulur:

"Xatırla ki, o zaman Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!" - demişdin?" (İsa cavabında) deyəcək: "Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən! Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: "Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!" Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim. Sən məni qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahid sən! Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət, hikmət sahibisən!"" ("Maidə" surəsi, 116-118)

Ayələrdə də bildirildiyi kimi, Hz.İsa insanları yalnız Allaha iman gətirib Onun üçün yaşamağa dəvət etmişdir. Tövhid inamı eynilə İslam dinində olduğu kimi "həqiqi xristianlığ"ın da əsasını təşkil edir (Buradakı hissədə İncildən sitat verəcəyimiz ifadələrdə "ata" sözü "Allah" və ya "Rəbb", "oğul" ifadəsi "peyğəmbər-elçi", Hz.İsa üçün işlədilən "Rəbb" sifəti isə "müəllim" şəklində dəyişdirilib).

GERİ
image